Belorusun xalq artisti Azərbaycana gələcək
08 oktyabr 2013 18:12 (UTC +04:00)

Belorusun xalq artisti Azərbaycana gələcək

Oktyabrın 12-də Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solisti, Belorusun xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Petrov ölkəmizə gələcək. Opera və Balet Teatrının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, o  italyan bəstəkarı Cüzeppe Verdinin “Trubadur” operasının tamaşasında əsas rollardan birini – Qraf di Luna partiyasını ifa etmək üçün gəlir.

Tamaşada digər əsas rolları əməkdar artistlər Fəridə Məmmədova, Səbinə Əsədova və Fərid Əliyev oynayacaq. Tamaşanı beynəlxalq müsabiqələr laureatı dirijor Əyyub Quliyev  idarə edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 767

Oxşar yazılar