Lent.az ümid haqqında deyilmiş aforizmləri təqdim edir. Onlardan 20 ən yaxşısını seçməyi isə sizin öhdənizə buraxırıq.
Ümid insan ruhunu qanadlandırıb həqiqət aləminə aparan nur nişanəsidir.O bu yolçuluğa çıxarkən həm qəlbi,həm əqli,həm dəduyğuları saflaşdırır.O uzağı yaxın edən dəyər,yaxını mətinləşdirən iksir və insan şəxsiyyətini zirvələrə yüksəldən həqiqətdir.
Ümidsizlik ölümə gedən yolun başlanğıcıdır.
Şan-şöhrətini itirsən də ,ümidini itirmə.Günəş hər gün batır,amma ertəsi gün yenidən doğur.
Ümidləri heç vaxt boşa çıxmayanlar heç vaxt ümid etməyənlərdir.
Mühüm olan yıxılıb-yıxılmamağın deyil,yenidən ayağa qalxıb-qalxmamağındır.
Ən böyük ümid ümidsizlik üzərində qələbədir.
Hər şeyə ümid etmək lazımdır,çünki heç nə ümidsiz deyil.
Çarəsizliyin yeganə dərmanı ümiddir.
Çətinlik asanlıqla birgədir. Ağlını başına topla və ümidini itirmə.
Həqiqətin budaqlarına ümidsizliklə çıxmaq mümkün deyil.
Ümidsizliklə mübarizə aparmaq lazımdır,çünki ümidsizlik dirilər üçün deyil,ölülər üçündür.
Həyatımız boyu bizi müşayiət edən ümid hətta ölüm ayağında da bizi tərk etmir.
Boş ümidlərdən və gerçəkləşməyəcək arzulardan uzaqlaşmaq insan üçün ən böyük qazancdır.
Ya ümidsizsiniz,ya da ümid sizsiniz
Ya çarəsizsiniz,ya da çarə sizsiniz.
Adətən, təsdiq edirlər ki, inamsız yaşamaq mümkün deyil. Əgər belədirsə, bu inam yalnız biliyin hər şeyə qadir olması inamı olmalıdır. İlya Meçnikov
Allahın insan üçün hər şeyi edəcəyinə inam, insanın özü üçün hər şeyi edə biləcəyi inancı qədər əsassızdır. Bu da iman çatışmazlığına əsaslanır. Biz öyrənməliyik ki, heç bir şey etmədiyimiz halda hər şeyi Allahdan gözləmək iman deyil, xurafatdır. Martin Lüter Kinq
Anasının mübahisəsiz sevimlisi olan bir insan həyatı boyu həqiqi müvəffəqiyyətə səbəb olan qalibiyyət və uğura inam hissi ilə yaşayır. Ziqmund Freyd
Bizim inam və ümidlərimizin mənbəyi həqiqətdir.
Ümid insan ruhunu qanadlandırıb həqiqət aləminə aparan nur nişanəsidir.O bu yolçuluğa çıxarkən həm qəlbi,həm əqli,həm dərin duyğuları saflaşdırır.O uzağı yaxın edən dəyər,yaxını mətinləşdirən iksir və insan şəxsiyyətini zirvələrə yüksəldən həqiqətdir.
Ümid sosial sistemdə dəyişikliklər etmək, onu canlı və dərk edilən, şüurlu etmək cəhdinin həlledici elementidir. Amma Ümidin təbiəti tez – tez səhv anlaşılır və baxış bucağını dəyişdirməklə, nəticədə Ümidi, onunla heç bir ortaq cəhəti olmayan, hətta ona tamamilə əks bir anlayış kimi qəbul edirlər.
Ümid paradoksaldır. O, nə baş verməsi qeyri -mümkün olan passiv gözləmə, nə də real olmayan hadisələrin (şəraitin) məcburiyyətidir. O, pusquda gizlənmiş pələngə oxşayır, yalnız o zaman tullanır ki, sıçrayış üçün an yetişmişdir.
Nə yorğun reformizmi, nə də psevdo-radikal avanturizmi ümidin ifadəsi kimi qəbul etmək olmaz.
Ümid etmək – hələ doğulmamış olana hər an hazır olmaqdır və bu zaman, əgər bizim həyatda heçnə baş verməyibsə belə, ümidsizliyə qapılmamaqdır.
Artıq mövcud olana və ya olması qeyri – mümkün olana ümid bəsləməyin mənası yoxdur. Ümidini itirən insanlar ya rahatlığa, ya da zorakılığa meyl edir, ümidi güclü olanlar isə yeni həyatın bütün əlamətlərini tanıyır və salamlayır və onlar dünyaya gəlməyə hazır olanın doğumuna kömək etməyə hər an hazırdırlar.