Məşhur futbolçu Arda Turanın həyat yoldaşının 5 karatlıq brilyant üzüyü gündəm olub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Nişantaşında kameralara tuş gələn Aslıhan Doğan Turan jurnalistlərlə ayaqüstü söhbət edib. Onun barmağındakı göz qamaşdıran üzük bütün diqqətləri cəlb edib. İddialara görə, Aslıhan Doğan Turanın 5 karatlıq brilyant üzüyünün qiyməti təxminən 3 milyon TL-dir.