İtaliyanın ən yaraşıqlı kişisi  keşiş olmağa   qərar verdi
06 dekabr 2023 17:59 (UTC +04:00)

İtaliyanın ən yaraşıqlı kişisi keşiş olmağa qərar verdi

İtaliyadan olan 21 yaşlı Edoardo Santini modellik karyerasını bitirərək özünü Allaha həsr etmək qərarına gəlib. 

Lent.az xəbər verir ki, o, bu barədə dekabrın 2-də şəxsi sosial şəbəkə hesabında məlumat yayıb. 

Onun sözlərinə görə, o, artıq Florensiya yaxınlığındakı teoloji seminariyaya daxil olub .

“21 yaşımda keşişlik yoluma başladım. Mən modellikdən, aktyorluqdan və rəqs etmək qərarı verdim. Ancaq ehtiraslarımdan əl çəkməyəcəyəm. Sadəcə onları Allaha təqdim edərək fərqli şəkildə istifadə edəcəyəm”, - Santini yazıb.

Santini izləyicilərinə keçən ildən iki keşişlə yaşamağa başladığını deyib və bu, onu ciddi dəyişikliklər etməyə ruhlandıran “həyatının ən gözəl təcrübəsi” olduğunu bildirib. 

O, ulduz olmaq yerinə keşişliyə qurban verib və bu qərarından peşman olmayacağına əmindir. Hətta model çox xoşbəxt olduğunu da vurğulayıb. 

Qeyd edək ki, 21 yaşlı Edoardo Santini 2019-cu ildə “ABE Fashion Show” gözəllik yarışmasının ən yaraşıqlı kişisi seçilib.

 
 

# 12642
avatar

Sevinc Fərid

Oxşar yazılar