ABŞ-ın sui-qəsd nəticəsində öldürülən sabiq prezidenti Con Kennedinin qana bulaşmış alt paltarı satışa çıxarılıb.
Lent.az xəbər verir ki, prezidentin alt paltarı “eBay” alış-veriş saytında 1 milyon dollara satışa çıxarılıb.
Paltarın üzərində Kennedinin qan ləkəsi və orijinallıq sertifikatı olduğu bildirilir.