Meksikalı Adara Perez Sançesin maraqlı təhsil həyatı var.
Lent.az-ın xəbərinə görə, qız ibtidai sinifi 5, kolleci 6, liseyi 8 yaşında bitirib. Hazırda 9 yaşı olan qız təhsilini Mexiko Universitetində 2 ixtisas üzrə davam etdrir.
İlk dövrlərdə tələbələrə uyğunlaşmağa çətinlik çəkən qız indi sərbəst şəkildə istədiyi mövzuda çıxış edir. Onun İQ səviyyəsi 162-dir ki, bu da Eynşteyndən daha yüksəkdir.
Sançesin arzusu NASA-da işləməkdir. O, bu məqsədlə ABŞ-ın Arizona Universitetinə müraciət edib. Müraciətə müsbət cavab verilib və rektor onunla görüşə vaxt təyin edib.