Tanınmış aktyor villasını 39 milyona SATIR
29 mart 2023 16:15 (UTC +04:00)

Tanınmış aktyor villasını 39 milyona SATIR

Dünya şöhrətli aktyor Bred Pitt lüks malikanəsini satışa çıxarıb.

Lent.az xəbər verir ki, o, Los-Ancelesdə yerləşən villasını 39 milyon dollara satmaq istəyir.

Məlumatlara görə, sənətçi 1994-cü ildə Los-Feliz şəhərinin mənzərəli ərazisində bir çox məşhurların yaşadığı məhəllədə yerləşən evi 1 milyon 7 min dollara alıb. 

Onu da qeyd edək ki, Bred orada zaman-zaman keçmiş həyat yoldaşları - Cennifer Eniston və Ancelina Coli ilə birlikdə yaşayıb. 

Mülk 1915-ci ildə tikilib, sahəsi təxminən min kvadratmetrdir. Evdə dörd yataq otağı, dörd vanna otağı, kamin, kitabxana, yemək otağı, mətbəx və qonaq otağı mövcuddur. O cümlədən, malikanənin ərazisində ayrıca qonaq evi, hovuz, tennis kortu və konkisürmə meydançası da var.

# 2262
avatar

Nigar Namiq

Oxşar yazılar