"Ana olmağım   məni xilas etdi" - Ancelina Coli
28 sentyabr 2023 15:07 (UTC +04:00)

"Ana olmağım məni xilas etdi" - Ancelina Coli

Dünyaca məşhur aktrisa Ancelina Coli keçmiş əri Bred Pittlə münasibətindən danışıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisanın fikrincə, ana olması onu “xilas edib".

2002-ci ildə oğlu Maddoksu övladlığa götürən aktrisa deyib ki, 26 yaşında ana olub: "Bütün həyatım dəyişdi. Uşaq sahibi olmaq həyatımı xilas etdi və dünyaya başqa gözlə baxmağa vadar etdi".

Analığın həyatına təsirini açıqlayan aktrisa deyib: "Övladlarım olmasaydı, həyatımda daha qaranlıq bir yola girə bilərdim".

Son 7 ildə daha az film çəkməyə başladığını xatırladan Coli fərd olaraq dəyişmə prosesi yaşadığını vurğulayıb. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9318

Oxşar yazılar