Türkiyəli məşhur müğənni Serdar Ortaç sevgi münasibəti ilə bağlı açıqlama verib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, eşq yaşadığı iddia edilən Çağla Taşdelenlə bağlı “Çağlanı görmədim, Tiktokda bir az danışırdıq. Hesabım bağlandığı üçün hazırda danışmırıq" - deyib.
İfaçı "14 fevral deyəndə ağlınıza nə gəlir?" sualına belə cavab verib: “Köhnə münasibətlərim, keçmiş həyat yoldaşım gəlir. Ən yaxşı 14 fevral keçmiş həyat yoldaşımla idi. Mən onun harada olduğunu və hazırda nə işlə məşğul olduğunu bilmirəm".
Xatırladaq ki, Serdar Ortaç 2019-cu ildə 5 il evli olduğu irlandiyalı Chloe Loughnandan boşanıb.