Sumqayıtda narkotik üstündə QƏTL:  33 yaşlı kişini...
17 dekabr 2022 14:30 (UTC +04:00)

Sumqayıtda narkotik üstündə QƏTL: 33 yaşlı kişini...

Suqmayıtda qətl hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə bu gün saat 14 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 33 yaşlı Cavid Şirməmmədovun bıçaq xəsarətləri ilə öldürülməsi barədə polisə məlumat daxil olub. 

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən olunub. Onun saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Əldə etdiyimiz məlumata görə, tərəflər arasında mübahisə narkotik vasitəyə görə olub.

# 4440
avatar

Oxşar yazılar