Polislə  evləndi:   Ərinin dörd gizli arvadı  olduğunu öyrəndi
12 may 2025 19:59 (UTC +04:00)

Polislə evləndi: Ərinin dörd gizli arvadı olduğunu öyrəndi

Hindistanda yerli qadın evləndikdən sonra əri ilə bağlı xoşagəlməz həqiqəti aşkarlayıb. Qadın ərini çoxarvadlılıqda yaxaladığını iddia edir.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Müzəffərnaqar (Uttar-Pradeş ştatı) şəhərindən olan müəllim polis əməkdaşı olan ərindən qarşı hüquq-mühafizə orqanlarına şikayət edib. O, ifadəsində polis məmuru Rahul Kumara ərə getdiyini bildirib. Mərasimdən az sonra ərinin ona qarşı aqressiv davranmağa başladığını deyib.

O, spirtli içki qəbul edib və zərərçəkmişi döyüb. Bu hücumlardan biri, şikayətçinin qeyd etdiyi kimi, hamiləliyin üçüncü ayında dölün düşməsinə səbəb olub.

Tezliklə qadın Kumarın çoxarvadlı olduğunu öyrənib. Müəllim iddia edir ki, kişinin ondan başqa daha dörd arvadı var və hər biri ilə nikah mərasimindən keçib. Eyni zamanda, yeni bir əlaqəyə başlayarkən əvvəlki münasibətləri dayandırmayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 500

Oxşar yazılar