Qonşusunu döydü, 23 gün sonra tutuldu
15 dekabr 2022 13:38 (UTC +04:00)

Qonşusunu döydü, 23 gün sonra tutuldu

Bərdədə qonşular arasında dava olub.

Lent.az-ın məlumatına görə, hadisə noyabrın 21-də Nazırlı kəndində baş verib. 36 yaşlı Məmmədov Elgiz Tufan oğlu evinin həyətində qonşusu 28 yaşlı Orxan Tofiq oğluna mübahisə zamanı zərbə vuraraq, ağır xəsarət yetirib.

Faktla bağlı cinayət işi başlanıb və Elgiz Məmmədov dekabrın 14-də saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2285

Oxşar yazılar