Mingəçevirdə qətl törədilib.
Lent.az xəbər verir ki, iyunun 21-də saat 13 radələrində Mingəçevir şəhərində 25 yaşlı Vəliyeva Aygün Elşan qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının əri, 34 yaşlı Əliyev Elçin Rafael oğlu könüllü olaraq polisə təslim olub.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Elçin Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.