Gəncədə qətl hadisəsi baş verib.
Lent.az xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsinə Daşkəsən rayon sakini 44 yaşlı Şəmistan Süleymanovun kəsici-deşici alətlə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər keçirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 53 yaşlı Nəsimi Mustafayev saxlanılıb.
Faktla bağlı prokurorluqda araşdırma aparılır./APA