Bakıda taksi sürücüsü sərnişini  qarət etdi
02 noyabr 2024 12:29 (UTC +04:00)

Bakıda taksi sürücüsü sərnişini qarət etdi

Bakıda sərnişin qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, noyabrın 1-də gecə saat 2 radələrində Binəqədi qəsəbəsi ərazisində taksi sürücüsü sərnişinə məxsus içərisində 684 manat, 200 dollar, bank kartı və mobil telefon olan pul kisəsinin oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.Səfərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 792
avatar

Oxşar yazılar