Ödəmə terminallarını  sındırıb pulları oğurlayan tutuldu
02 noyabr 2024 11:48 (UTC +04:00)

Ödəmə terminallarını sındırıb pulları oğurlayan tutuldu

Kürdəmirdə oğurluq əməllərinə görə axtarışda olan əvvəllər məhkum olunmuş Röyal Məmmədyarov saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, həmin şəxs bir müddət əvvəl daxil olduğu mağazalarda quraşdırılan ödəmə terminallarını sındıraraq ümümilikdə 3000 manatdan artıq nağd pul, 2000 manat dəyərində spirtli içki və tütün məmulatları oğurlayıb.

R.Məmmədyarov  barəsində məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 942
avatar

Oxşar yazılar