Bakının Səbail rayonu, jurnalistlər üçün inşa edilmiş binaların yaxınlığında piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən xəbərə görə, qəza səbəbindən Salyan şosesi istiqamətində avtomobil sıxlığı yaranıb. Hazırda polis əməkdaşları hadisə yerindədir və yaranan sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.