Bett Naş 2022-ci ildə "Ginnesin Rekordlar Kitabı"na daxil edilib. O, dünyanın ən yaşlı stüardessası adına layiq görülüb.
Lent.az-ın məlumatına görə, Naşın iş təcrübəsi 67 ildir.
Qadın ilk dəfə təyyarəyə mindiyi vaxtdan, yəni 16 yaşından stüardessa olmaq arzusunda olub.
O, israrla öz məqsədinə çatıb və 1957-ci ildə 21 yaşında “Eastern Airlines”da (şirkət sonradan “American Airlines” adlandırılıb) stüardessa kimi işə düzəlib. Hər axşam evə gedib oğluna baxa bilmək üçün yaşadığı Vaşinqtonla Boston arasında uçuş marşrutunu seçən Naş karyerasında heç vaxt fasilə verməyib.
Bette 17 may 2024-cü ildə döş xərçəngindən vəfat edib.