Şabranda azyaşlı qızın ölməsi barədə təfərrüatlar məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, Padar kənd sakini olan 4 yaşlı İsmixanova Fatimə Müzəffər qızı götürdüyü bıçaqla meyvə doğramaq istəyib. O. bıçaqla mətbəx otağına keçən zaman ayağı qapının çərçivəsinə ilişib.
Bədbəxtlikdən qız yıxılarkən əlindəki bıçaq onun sağ boyun nahiyəsini deşib. Nəticədə azyaşlı ölüb.
Araşdırma aparılır.
***
1 noyabr, saat: 20:31
Şabran rayonunun Padar kəndində bıçaqla oynayan azyaşlı ağır xəsarət alaraq ölüb.
Lent.az xəbər verir ki, 2019-cu il təvəllüdlü İsmixanova Fatimə Müzəffər qızı yaşadığı evdə oynayarkən ehtiyatsızlıqdan öz boğazına xəsarət yetirib.
Nəticədə azyaşlı hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.