Yüzlərlə uşağa təcavüz edən rəssama 25 il verdilər
02 noyabr 2024 01:22 (UTC +04:00)

Yüzlərlə uşağa təcavüz edən rəssama 25 il verdilər

Parisdə “Disney” və “Pixar” cizgi filmlərinin yaradılması üzərində işləyən rəssam Buhalem Buçiba pedofiliya və insan alverinə görə 25 il müddətinə azadlıqdan məhrum edilib.

Lent.az xəbər verir ki, bu barədə oktyabrın 31-də Fransanın “Le Figaro” qəzeti məlumat yayıb.

“59 yaşında “Ratatouille” və “The Incredibles” cizgi filmlərinin ərsəyə gəlməsində iştirak edən animasiya aləmində tanınmış qrafik dizayneri Buhalem Buçiba çərşənbə axşamı canlı yayımlar vasitəsilə internetdə nümayiş etdirdiyi balaca qızları zorlama ittihamı ilə Paris münsiflər heyətinin qarşısına çıxıb.”, - deyə materialda qeyd olunub.

Məhkəmə müəyyən edib ki, 59 yaşlı Buçiba 2012-ci ildən 2021-ci ilə qədər Filippində bir neçə yüz uşağa qarşı zorakılıqda iştirak edib. İstintaq belə nəticəyə gəlib ki, həmin şəxs Filippində qaranlıq şəbəkə vasitəsilə uşaqların zorlanmasına göstəriş verib, sonra isə real vaxt rejimində yayım platformalarında baş verənləri nümayiş etdirib.

Qurbanların yaşı 5-10 yaş arasında olduğu, onlardan birinin isə iki yaşı olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2121
avatar

Oxşar yazılar