Rusiyanın Moskva şəhərində içki məclisi ölümlə bitib.
Lent.az yerli mediaya istinadla bildirir ki, Zaqorodnoe şosesindəki otaqlardan birində döş qəfəsində bıçaq yaraları olan 42 yaşlı kişinin meyiti tapılıb. Faktla bağlı “Qətl” maddəsi ilə cinayət işi başlanıb.
Müstəntiqlər və polis əməkdaşları tez bir zamanda qətlə yetirilən şəxsin tanışı olan 38 yaşlı şübhəlini müəyyən edərək saxlayıblar. Müəyyən edilib ki, həmin şəxslər əvvəlcə spirtli içki qəbul ediblər, sonra isə onlar arasında münaqişə yaranıb.
Hazırda qətllə bağlı araşdırma aparılır.