Argentinada qısqanc qadın sevgilisi başqa qıza salam dediyi üçün onu bıçaqlayıb.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, 23 yaşlı Mariano Qrinspun sevgilisi Nataşa Palavesino ilə gəzərkən yoldan keçən qıza salam verib. Lakin sevgilisi bunu bəyənmədiyi üçün onu bıçaqlayıb.
Hadisə şahidlərinin çağırdıqları həkimlər Marianonu xilas edə bilməyiblər.
Bundan sonra Palavesino saxlanılıb. Onun əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilir. Belə ki, o, 2021-ci ildə digər keçmiş sevgilisini bıçaqlamaqda günahkar bilinib. İndi argentinalı qadını uzunmüddətli həbs cəzası gözləyir.