Abşeron rayon sakini polisə ərizə ilə müraciət edərək kirayə verdiyi evdə yaşayan şəxsin həmin evdən 2000 manat dəyərində məişət əşyalarının oğurlanmasını bildirib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, müraciət əsasında araşdırma aparan Abşeron rayon Polis İdarəsi əməkdaşları oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əsgərzadəni müyyən edərək saxlayıblar.
Araşdırma aparılır.