Xətai rayonu, 8 Noyabr prospekti ilə Mərkəzi Bulvar küçəsinin kəsişməsidə təmir işləri aparılır.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən xəbərə görə, avtomobillərin təhlükəsizliyini təmin etmək məqsədilə yol polisi əməkdaşları tərəfindən mərkəz istiqamətində qısamüddətli məhdudiyyət tətbiq edilib.