Gənc oğlan qonşusunu öldürdü
04 fevral 2022 09:53 (UTC +04:00)

Gənc oğlan qonşusunu öldürdü

Fevralın 3-ü saat 22 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində 52 yaşlı Sədiyar Novruzovun öldürülməsi barədə məlumat daxil olub.

Şəhər Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, aparılmış araşdırmalarla  qonşusu, 22 yaşlı Ramin Nəzərlinin şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla Sədiyar Novruzova xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci  (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ramin Nəzərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

# 2082
avatar

Mehman Nəbiyev

Oxşar yazılar