Bakıda evdən oğurluq edilib.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, iyunun 5-də Bakı şəhər sakini Z.Məmmədovun içərisində 545 manat, bank kartları və şəxsiyyət vəsiqəsi olan pulqabısını oğurlanıb.
Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini T.Mirzəyeva saxlanılıb.