Ən çox axtarılan cinayətkar  milyonçu imiş
03 noyabr 2021 11:05 (UTC +04:00)

Ən çox axtarılan cinayətkar milyonçu imiş

Rusiyada ən çox axtarılan cinayətkarlardan biri, 2000-ci ildə Xantı-Mansiysk Muxtar Dairəsinin prokuroru Yuri Bederini sifarişlə qətlə yetirməkdə ittiham olunan Yuri Çekinin milyonçu olduğu üzə çıxıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, o, 70 milyon rubl dəyərində daşınmaz əmlaka sahibdir.

“Çekinanın aktivləri ümumi dəyəri 70 milyon rubl olan müxtəlif daşınmaz əmlakdır. Həbs olunmazdan əvvəl onu oğlu və qardaşı qızı arasında bölüşdürməyi planlaşdırıb”, - məlumatda vurğulanır.

Yuri Çekini polisə oğlu Sergey Çekin təhvil verib. 

O, 20 il axtarışdan sonra oktyabrın 26-da saxlanılıb. İstintaqın məlumatına görə, o, 1990-cı illərdə Maliyyə Nazirliyinin Xantı-Mansiysk Muxtar Dairəsi üzrə nəzarət-təftiş şöbəsinə rəhbərlik edib. Eyni zamanda, kooperativi olub və onun vasitəsilə 1993-cü ildə neft və qaz hasilatı şirkətinə məxsus 15,6 milyon rublu oğurlayıb. Bunun üçün prokurorluq Çekinə qarşı cinayət işi açıb.

Cinayət təqibinə cavab olaraq o, prokuror Yuri Bederinin öldürülməsini sifariş edib. Bederin 2000-ci il iyulun 25-də evinin yaxınlığında güllələnib. 

Çekin 1996 və 1998-ci illərdə onu pulla aldatmaq istəyən iki tanışının qətlini də təşkil edib. Sifarişi yerinə yetirən 5 qatil artıq bu cinayətlərə görə məhkum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2364
avatar

Oxşar yazılar