Paytaxtın Yasamal rayonunda silsilə oğurluqlar qeydə alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, naməlum şəxs ayr-ayrı vaxtlarda 3 mağazdan ümumilikdə 2076 manat nağd pul və 2760 manat dəyərində tütün məmulatlarını talayıb. Bu barədə zərərçəkənlər polis orqanına müraciət ediblər.
Yasamal rayon Polis İdarəsi 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi bu əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum edilmiş 32 yaşlı S.Zeynalov saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.