Çay evinə girən oğru görün nələr apardı?
29 aprel 2021 14:07 (UTC +04:00)

Çay evinə girən oğru görün nələr apardı?

Aprelin 27-də Xətai rayonu ərazisindəki çay evlərinin birindən 8000 manat dəyərində 3 ədəd televizor, 2 ədəd samovar, kondisioner mühərriki, kamera monitoru, yaddaş qurğusu və məişət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Xətai rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Dadaşov saxlanılıb.

# 1476
avatar

Mehman Nəbiyev

Oxşar yazılar