Bakıda bıçaqlanma hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə Nizami rayonu Bəhruz Nuriyev küçəsində baş verib.
İsmayılov Rahib Seyran oğlu aralarında yaranan mübahisə zamanı birgə kirayədə qaldıqları evdə Bayramov Kamal Arif oğlu və Dövlətov Sahil Maşallah oğlunu bıçaqlayıb.
Faktla bağlı cinayət işi açılıb və R. İsmayılov şübhəli şəxs qismində saxlanılıb.