Şəkidə intihar hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə rayonun Biləcik kəndində qeydə alınıb.
Kənd sakini, 51 yaşlı Bəhman Niyazi oğlu İbrahimxəlilov yaşadığı evin həyətində özünü asıb.
Onun asılmış meyitini ailə üzvləri aşkar edib.
İntiharın səbəbləri məlum olmasa da, onun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.