Ötən gün ölkə ərazisində hava şəraiti ilə əlaqədar yollarda 1 qəza olub.
Lent.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyevin verdiyi məlumata əsasən, ötən gün ölkə ərazisində xəsarətlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ölüm və ağır xəsarət halları baş verməyib.
Baş DYP İdarəsi yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə nəzarət-profilaktik tədbirləri davam etdirir və hərəkət iştirakçılarını bir daha qaydalara ciddi riayət etməyə çağırır.
Unutmayaq ki, yol hərəkəti qaydalarına əməl etmək hər birimizin təhlükəsizliyinin təminatıdır!