Konqo Demokratik Respublikasının (KDR) şimal-qərbində qeydə alınan mənşəyi məlum olmayan qızdırma xəstəliyindən 50-dən çox adam ölüb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə fevralın 24-də yerli səhiyyə orqanlarının məlumatlarına istinadən məlumat yayılıb.
“Qeydiyyata alınan 943 hadisə, o cümlədən 52 ölüm halı qeydə alınıb ki, bu da ölüm nisbətinin 5,5 faizinə bərabərdir”.
Xəstəliyin ilk hallarının fevralın 9-da qeydə alındığı bildirilir. Xəstəlik hər yaşda olan insanlar üçün təhlükəlidir, əlamətlərə aşağıdakılar daxildir: qızdırma, titrəmə, baş ağrısı, əzələ ağrısı, oynaq ağrıları.
Eyni zamanda, ölkənin Səhiyyə Nazirliyi mümkün Ebola qızdırması epidemiyası ilə bağlı fərziyyəni rədd edib.