“Turan Tovuz” bu açıqlamaya görə 20 min cərimələndi
25 fevral 2025 11:00 (UTC +04:00)

“Turan Tovuz” bu açıqlamaya görə 20 min cərimələndi

AFFA İntizam Komitəsi “Turan Tovuz”u 20 000 manat cərimələyib.

Lent.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

Bölgə təmsilçisinin bəyanat yayaraq AFFA və Peşəkar Futbol Liqasının nüfuzuna xələl gəlməsinə gətirib çıxaran hərəkətlərə yol verdiyi bildirilib.

“AFFA bir daha vurğulayır ki, bütün klublar oyunların keçirilməsi və təşkilinə dair qaydalara riayət etməli, ictimaiyyət arasında yanlış təsəvvür formalaşdıracaq və futbol idarəçiliyinin şəffaflığını sual altına alacaq əsassız iddialardan çəkinməlidirlər. Əks halda bu kimi hallar gələcəkdə daha sərt intizam tədbirləri ilə nəticələnə bilər”, - açıqlamada vurğulanıb.

Qeyd edək ki, “Turan Tovuz”un səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə məğlub etdiyi Azərbaycan Premyer Liqasının XXIV turunun oyunu TV vasitəsilə canlı yayımlanmayıb və oyunda video köməkçi hakim (VAR) olmayıb. Klub bu səbəbdən görüşün təxirə salınmasını istəyərək bəyanat yaymışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1300

Oxşar yazılar

"Barselona" gələn həftə yeni qapıçı  alır

"Barselona" gələn həftə yeni qapıçı alır

3 iyun 2025 , 10:56
Osimhen Ərəbistan klubu ilə anlaşdı

Osimhen Ərəbistan klubu ilə anlaşdı

3 iyun 2025 , 00:20
“Ştutqart” aparıcı futbolçusunun qiymətini  AÇIQLADI

“Ştutqart” aparıcı futbolçusunun qiymətini AÇIQLADI

2 iyun 2025 , 19:20
"Mançester Yunayted"in ulduzu tezliklə gələcəklə bağlı qərar verəcək

"Mançester Yunayted"in ulduzu tezliklə gələcəklə bağlı qərar verəcək

2 iyun 2025 , 17:44
"Barselona" Saneni transfer etmək  istəyir

"Barselona" Saneni transfer etmək istəyir

2 iyun 2025 , 14:37
PSJ UEFA-dan 148 milyon avro  alacaq

PSJ UEFA-dan 148 milyon avro alacaq

2 iyun 2025 , 11:10
Keçmiş baş məşqçi "Latsio"ya qayıdır

Keçmiş baş məşqçi "Latsio"ya qayıdır

2 iyun 2025 , 09:23
“Mançester Yunayted”in kapitanı üçün 100 milyon təklif

“Mançester Yunayted”in kapitanı üçün 100 milyon təklif

1 iyun 2025 , 10:12