Bakıda buzlu yollarda qəza GÖRÜNTÜLƏRİ
25 fevral 2025 11:20 (UTC +04:00)

Bakıda buzlu yollarda qəza GÖRÜNTÜLƏRİ

Ötən gün axşam saatlarında bəzi yolların buz bağlaması Bakıda yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən xəbərə görə, Nizami rayonu, Mikayıl Əliyev küçəsi, Milli Gimnastika Arenasının qarşısı, körpüdən “Koroğlu” m/st istiqamətində hərəkət edən yük avtomobili yolun buzlu olması səbəbindən sürüşüb və sürücü qəzadan son anda xilas ola bilib.

Digər bir yol-nəqliyyat hadisəsi isə Sabunçu rayonu, Aeroport şosesi, Hava limanı istiqamətində qeydə alınıb. Burada da minik avtomobillərindən birinin yolda sürüşməsi qəzanın baş verməsinə səbəb olub və yolda sıxlıq yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 590

Oxşar yazılar