Bakının mərkəzi prospektində yol çökdü,  nəqliyyatın hərəkəti məhdudlaşdırılır -  VİDEO   -YENİLƏNİB
24 fevral 2025 21:58 (UTC +04:00)

Bakının mərkəzi prospektində yol çökdü, nəqliyyatın hərəkəti məhdudlaşdırılır - VİDEO -YENİLƏNİB

Bakının Nərimanov rayonunda yolun çökməsi ilə əlaqədar Heydər Əliyev prospekti ilə "Koroğlu" metrostansiyası istiqamətində əsas yol üzrə hərəkət məhdudlaşdırılaraq köməkçi yola yönəldilir.

Lent.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, əraziyə agentliyin əməkdaşları və aidiyyəti qurum əməkdaşları cəlb olunub.

“Yolun altından keçən su xəttində qəza olub. Aidiyyəti qurum tərəfindən qəzanın aradan qaldırılması üçün yolun hərəkət hissəsində qazıntı işləri aparılmalıdır. Qəza aidiyyəti qurum tərəfindən aradan qaldırıldıqdan sonra agentliyimiz tərəfindən qazılmış hissənin bərpası istiqamətində müvafiq işlər aparılacaq”, - qurum rəsmisi qeyd edib.

***


***
21:14

Bakının Nərimanov rayonunda yolun bir hissəsi çöküb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

İlkin məlumata görə, ərazidəki yolun çökməsinə yeraltı su borularından birinin partlaması səbəb olub. 

Əraziyə DYP idarəsinin əməkdaşları cəlb olunub.

Yolda hərəkətin tənzimlənməsi istiqamətində işlər aparılır. Hava şəraiti və yaranan problem səbəbindən avtomobillərin hərəkətində müəyyən sıxlıq yaranıb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən əraziyə baxış keçirilir.

***
20:24

Bakıda Heydər Əliyev prospektində əsas yolla köməkçi yolu ayıran beton arakəsmə çöküb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə səbəbindən prospektdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1396

Oxşar yazılar

Gəncədə yeniyetmə bıçaqlandı

Gəncədə yeniyetmə bıçaqlandı

25 fevral 2025 , 00:53
Bakının yollarında qəzalar baş verdi , sıxlıq yarandı

Bakının yollarında qəzalar baş verdi, sıxlıq yarandı

25 fevral 2025 , 00:07
Daşkəsəndə bir ailənin 3 üzvü  zəhərləndi

Daşkəsəndə bir ailənin 3 üzvü zəhərləndi

24 fevral 2025 , 22:31
Sumqayıtda 54 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 54 yaşlı kişinin meyiti tapıldı

24 fevral 2025 , 22:06
Şəkidə İNTİHAR:  ailəsi kişinin asılmış meyitini tapdı

Şəkidə İNTİHAR: ailəsi kişinin asılmış meyitini tapdı

24 fevral 2025 , 19:33
 Bir yumruqla   arvadına sataşanı  yerə sərdi!   -VİDEO

Bir yumruqla arvadına sataşanı yerə sərdi! -VİDEO

24 fevral 2025 , 19:09
Bakıda daha bir  tələbə öldü

Bakıda daha bir tələbə öldü

24 fevral 2025 , 19:00
Bakıda 15 nəfər bu spirtdən  ölüb?

Bakıda 15 nəfər bu spirtdən ölüb?

24 fevral 2025 , 18:52