Bakıda 15 nəfər bu spirtdən  ölüb?
24 fevral 2025 18:52 (UTC +04:00)

Bakıda 15 nəfər bu spirtdən ölüb?

Xəbər verdiyimiz kimi, 22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfər etil spirtindən zəhərlənərək ölüb.

Lent.az xəbər verir ki, “qafqazinfo” 15 nəfərin ölümünə səbəb olan həmin spirtin hansı marka olduğunu yazıb.

Sayt iddia edir ki, bu, “Starlyuks” əmtəə nişanı adı altında satılan gigiyenik vasitədir.

O da məlum olub ki, sözügedən markanın lisenziyası belə yoxdur və bu məhsul apteklərə satışı əldən həyata keçirilir.

Digər maraqlı məlumat ondan ibarətdir ki, 15 nəfərin ölümü ilə bağlı rəsmi xəbər yayıldıqdan sonra, bu və buna bənzər lisenziyası olmayan spirtlərin apteklərdə satışı dayandırılıb. Bu barədə aptek rəhbərləri işçilərə göstəriş verib.

Sabunçu rayonu ərazisində, konkret Sabunçu bazarı deyilən yerdə yerləşən apteklərdə ən çox satışı həyata keçirilən texniki spirt isə “Starlyuks”dur. Hansı ki, bunu ən çox alanlar tüfeyli həyat tərzi sürənlərdir. Həmin şəxslər bu spirtə su qataraq onu qəbul edirlər. Baxmayaraq ki, üzərində qəbulunun qadağan olması ilə bağlı məlumat qeyd olunub.

Qeyd edək ki, apteklər bu məhsulu 33-35 qəpiyə alıb müştəriyə 50 qəpiyə satır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 716

Oxşar yazılar