Ağsuda bıçaqlanma hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib.
16 yaşlı M. Əliyevin qol və qarın nahiyəsinə bıçaqla xəsarət yetirilib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, əməli törətməkdə şübhəli bilinən Rüfət İbrahimov və bir yeniyetmə saxlanılıb. Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.