Bakıda teatr aktyorunu və arvadını öldürənin məhkəməsi başlayıb.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə qətldə təqsirləndirilən 1973-cü il təvəllüdlü İslam Hadıyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Elan edilib ki, İslam Hadıyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə məqsədi ilə qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 120.2.11-ci (quldurluq əlaqədar qəsdən adam öldürmə), 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddəlləri ilə ittiham olunur.
Məhkəmə baxışı martın 6-na təyin olunub.
Xatırladaq ki, 2024-cü il oktyabrın 22-i saat 21 radələrində Bakının Hüseynbala Əliyev küçəsi, 4 ünvanında yaşayan 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı, 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın bıçaq zərbələri ilə öldürülməsi barədə Nəsimi RPİ-nə məlumat daxil olub.
Növbəti gün polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti tamah məqsədi ilə törətməkdə şübhəli bilinən İslam Hadıyev müəyyən olunaraq, saxlanılıb.
Mərhum İosif Tkaç aktyor olub, o, uzun müddət Rus Dram Teatrında işləyib.
Lent.az məhkəmədən görüntüləri təqdim edir: