Futbola baxarkən  əlil qonşusunu   yandırıb öldürdü
24 fevral 2025 18:18 (UTC +04:00)

Futbola baxarkən əlil qonşusunu yandırıb öldürdü

Tomsk vilayət Məhkəməsi əlil qonşusunu birlikdə futbola baxarkən öldürən yerli sakinə hökm çıxarıb.

Lent.az-ın xarici KİV-ə istinadla bildirdiyinə görə, məlum olub ki, qonşular birlikdə yayımlanan futbol oyununa baxıb və komandaların çıxışı ilə bağlı fikir ayrılığı yaranıb. Mübahisə zamanı onlardan biri digərinə benzin tökərək alışqanla yandırıb.

"Bədənində böyük yanıqlar olduğu üçün bir neçə gündən sonra əlilliyi olan və ayaq xəstəliyinə görə qoltuqağacı istifadə edən 60 yaşlı kişi xəstəxanada dünyasını dəyişib", - Tomsk Vilayət Prokurorluğundan bildirilib.

Təqsirləndirilən şəxs təqsirini qismən etiraf edib. O izah edib ki, alova bürünmüş və onu öldürmək niyyəti olmayan qonşusunu söndürməyə çalışıb.

Lakin məhkəmə onun təqsirini tam sübuta yetirib və 1 il müddətinə azadlığının məhdudlaşdırılması şərti ilə 15 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkmə hökmü çıxarıb. Mərhumun qızlarına mənəvi ziyana görə hər birinə 1 milyon rubl (11 min dollardan çox) təzminat kəsilib. Bundan əlavə, məhkum atasının dəfn xərclərini də onlara ödəyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 460

Oxşar yazılar