Bakıda DƏHŞƏT:  bir yerdə yeyib-içən 4 dostun   meyiti tapıldı
22 fevral 2025 14:00 (UTC +04:00)

Bakıda DƏHŞƏT: bir yerdə yeyib-içən 4 dostun meyiti tapıldı

Bakıda 4 nəfərin meyiti tapılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb. 

Bakıxanov qəsəbəsində iki qonşunun meyiti öz evlərində aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılan qonşuların ötən gecə başqa iki nəfərlə birlikdə yeyib içdiyi məlum olub. 

Dərhal digər iki nəfərin evinə gedən əməliyyatçılar həmin şəxslərin də öldüyünü müəyyən ediblər.

Hadisə ilə bağlı polis, prokurorluq və kriminalistlərdən ibarət istintaq qrupu yaradılıb. 

Onların ölüm səbəbləri hələlik məlum deyil. Ölümün qida zəhərlənməsindən, yaxud başqa səbəblərdən ola bilməsi ehtimallarını nəzərə alaraq müvafiq ekspertizalar təyin edilib. 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11262

Oxşar yazılar