BAKIDA DƏHŞƏT:  Ər arvadını... -YENİLƏNİB
16 dekabr 2022 01:41 (UTC +04:00)

BAKIDA DƏHŞƏT: Ər arvadını... -YENİLƏNİB

Ər arvadını bıçaqlayan zaman atası ilə anasının davasının qarşısını almağa çalışan 2003-cü il təvəllüdlü Məmmədova Gülmira Aqil qızı da sol əlindən bıçaqlanıb. 

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, yaralı xəstəxanaya yerləşdirilib. Həyat yoldaşı tərəfindən bıçaqlanan 1977-ci il təvəllüdlü Məmmədova Gülmira Cümşüd qızının vəziyyəti ağırdır. O, 3 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

*** 

00.40

Dekabrın 15-də gecə saatlarında Sabunçu rayonu Sabunçu qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. 

DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, 1973-cü il təvəllüdlü Aqil Məmmədov 1977-ci il təvəllüdlü həyat yoldaşına bıçaqla ağır bədən xəsarəti yetirib. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır kimi qiymətləndirilir. 

Polisin keçirdiyi tədbirlərlə A.Məmmədov saxlanılıb.

Araşdırma aparılır.
 

# 5049
avatar

Oxşar yazılar