Azərbaycanda oğlan 14 yaşlı sevgilisinin bakirəliyini pozdu
22 may 2024 17:13 (UTC +04:00)

Azərbaycanda oğlan 14 yaşlı sevgilisinin bakirəliyini pozdu

Sumqayıtda gənc oğlan yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olub.

Lent.az-ın məlumatına görə, 21 yaşlı Nofəl Rəcəbov (ad və soyad şərti) 2023-cü ildə Sumqayıt bulvarında 14 yaşlı Samirə Həsənova (ad və soyad şərti) ilə tanış olub. Onların arasında sevgi münasibətləri yaranıb.

Uzun görüşlərdən sonra qız oğlanı öz anası ilə tanış edib. Anası da onların sevgisinə əngəl olmayıb və öz razılığını, bir sözlə, qızının “hə”sini verib. Sözlü olan oğlan və qızın görüşləri daha tez-tez xarakter alıb. Məlumata görə, artıq qız 6-cı sinifdən orta məktəbi tərk edib.

Bu görüşlər artıq qızın yaşadığı evdə də baş tutub. Belə görüşlərin birində ana evdə olmadığı zaman oğlan sözlü olduğu 14 yaşlı cinsi əlaqədə olub və onun bakirəliyini pozub.

Bundan xəbər tutan ana hüquq-mühafizə orqanlarına şikayət edib.

Nəticədə Nofəl barəsində Cinayət Məcəlləsinin 152.1-ci (On dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsilə cinayət işi başlanıb. Cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq, məhkəməyə göndərilib.

İstintaq zamanı Nofəl Rəcəbov barəsində polisin nəzarəti altına vermə haqqında iltizam tədbiri seçilib.

Hazırda məhkəmə istintaqı davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7509
avatar

Mehman Nəbiyev

Oxşar yazılar