Azərbaycanda kişi bıçağı dostunun ürəyinə SANCDI
16 iyun 2022 09:59 (UTC +04:00)

Azərbaycanda kişi bıçağı dostunun ürəyinə SANCDI

Gədəbəydə qətl hadisəsi baş verib.

Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, iyunun 15-i saat 15 radələrində 59 yaşlı Məsim Pirverdiyevin Gədəbəy rayonu ərazisində öldürülməsi barədə məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 58 yaşlı Mahir Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Məsim Pirverdiyevə ürək nahiyəsindən bıçaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Mahir Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

# 3114
avatar

Mehman Nəbiyev

Oxşar yazılar