Ata 25 yaşlı tennisçi qızını öldürdü - ŞOK SƏBƏB
11 iyul 2025 15:45 (UTC +04:00)

Ata 25 yaşlı tennisçi qızını öldürdü - ŞOK SƏBƏB

Hindistanda ata tennis oynayan qızı Radhika Yadavı güllələyib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Dipak Yadav tapançadan ən azı beş atəş açıb, onlardan üçü 25 yaşlı qızının kürəyinə dəyib. Atəş səslərini eşidən qızın anası və dayısı onu qan içində tapıblar. Tennisçi xəstəxanaya aparılsa da, həkimlər onu xilas edə bilməyiblər.

Polis qızın atasını həbs edib. Kişi törətdiyi cinayəti etiraf edib. Qeyd olunur ki, qızının pulu ilə dolandığı üçün insanlar ona gülürmüşlər.

Radhika Yadav Hindistanı yeniyetmə tennis turnirlərində təmsil edib və Beynəlxalq Tennis Federasiyasının (ITF) reytinqində ən yüksək yer tutan oyunçu olub. Daha sonra zədə alıb və məşqçiliyə başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1714

Oxşar yazılar