“Azəriqaz"da maarifləndirmə başladı
16 may 2022 18:07 (UTC +04:00)

“Azəriqaz"da maarifləndirmə başladı

SOCAR “Azəriqaz” İstehsalat Birliyində işçi heyətin səriştəliliyinin və peşəkarlılığının artırılması, işçilərin bilik səviyyəsinin yüksəldilməsi daima diqqətdə saxlanılır və bu yöndə mütəmadi maarifləndirmə tədbirləri və təlimlər həyata keçirilir. 

Lent.az xəbər verir ki, bu məqsədlə “Azəriqaz” İstehsalat Birliyində rəhbər və mühəndis-texniki işçilərin qaz təsərrüfatının istismarı, tikinti və təhlükəsizlik texnikası norma və qaydaları, ətraf mühitin mühafizəsi və beynəlxalq standartların tətbiqi üzrə maarifləndirmə işləri aparılıb. 

Hazırda isə işçi heyətinin biliklərinin yoxlanılması həyata keçirilir.

# 1458
avatar

Oxşar yazılar