Droqbanın özəl avtomobili
14 fevral 2013 16:58 (UTC +04:00)

Droqbanın özəl avtomobili

“Qalatasaray” klubunun yeni transferi Didye Droqba Türkiyədə istifadə etmək üçün xüsusi avtomobil hazırlatdırır. Lent.az-ın “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, 35 yaşlı hücumçu “Transporter Caravelle” adlı avtomobillə gəzməyə üstünlük verib.

 

O, maşının salonunun dizaynını tamamilə dəyişdirib. Təklif edilən modellər arasından bəyəndiyi televizoru seçən Droqba salonda masaj edən kreslo və “Play Station” da qoydurub.

 

Fil Dili Sahilindən olan futbolçu komfortu üçün pul xərcləməkdən çəkinmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2293
avatar

Oxşar yazılar