“Spartak” azərbaycanlı futbolçunu erməni ilə oynamağa qoymadı
14 fevral 2013 17:37 (UTC +04:00)

“Spartak” azərbaycanlı futbolçunu erməni ilə oynamağa qoymadı

Rusiyanın “Spartak” komandasının əslən azərbaycanlı futbolçusu Emin Mahmudov “Krılya Sovetov”a icarəyə verilib. Lent.az-ın Moskva klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, 21 yaşlı mərkəz yarımmüdafiəçisi orda 1 ilədək çıxış edəcək.

 

“Spartak” rəhbərliyi bu qərarı Ermənistan millisinin hücumçusu Yura Movsesyanı “Krasnodar”dan transfer etdikdən sonra verib. Movsesyan 1987-ci ildə Bakıda doğulub və məlum hadisələr zamanı Azərbaycanı tərk edib. Mahmudov isə 2 il öncə “qırmızı ağlar”a “Saturn”dan keçib. Həmyerlimiz “Spartak”ın heyətində indiyədək cəmi 17 oyuna çıxıb. O, Azərbaycan milli komandasında oynamaqdan imtina edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1678
avatar

Oxşar yazılar