Xabi Alonsonun karyerasını davam etdirmək  variantları   AÇIQLANDI
29 fevral 2024 19:01 (UTC +04:00)

Xabi Alonsonun karyerasını davam etdirmək variantları AÇIQLANDI

İtaliyalı insayder Fabrisio Romano Leverkuzenin "Bayer” klubunun baş məşqçisi Xabi Alonsonun bu mövsüm bitdikdən sonra gələcəyi ilə bağlı məlumat paylaşıb.

Lent.az xarici mediaya istinadən bildirir ki, jurnalistin fikrincə, karyerasını davam etdirmək üçün ən çox ehtimal olunan variantlardan biri “Bavariya”ya keçiddir.

"Bavariya"nın üstünlüyü ondadır ki, onun artıq işlək strukturu və öz layihəsini Xabi Alonso və digər namizədlərə necə təqdim etmək barədə aydın ideyaları var. Alonso həmçinin “Bayer”dəki tarixi mövsümünə diqqət yetirmək üçün bir az vaxt ayırmaq istəyir. Leverkuzendə bəzi insanlar Alonsonun daha bir il klubda qalma şansının olduğuna ümid edirlər, lakin bəzi mənbələrlə danışdıqdan sonra fikrimcə, çox çətin dir. "Bavariya" və "Liverpul" danışıqlarda çox fəal olacaq”, - jurnalist söyləyib. 

42 yaşlı ispan mütəxəssis Xabi Alonso 2022-ci ilin oktyabrından “Bayer” klubuna rəhbərlik edir. Leverkuzen təmsilçisi Bundesliqaya 23 oyundan 61 xalla və heç bir məğlubiyyətlə başçılıq edir. "Bayer"in ikinci yerdəki "Bavariya"dan üstünlüyü 8 xaldır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5046
avatar

Oxşar yazılar