Roma klubu İvan Yuriçin işindən narazıdır
Romanın eyniadlı klubu bu mövsüm ikinci məşqçi dəyişikliyinə hazırlaşır.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, A Seriyasının 9-cu turunda “Fiorentina”ya 1:5 hesablı məğlubiyyət “qurdlar”ın İvan Yuriçin rəhbərliyi altında son oyunu olacaq.
Bildirilir ki, “Roma” rəhbərliyi artıq məşqçi ilə yollarını ayırmaq qərarına gəlib və bir müddət əvvəl komandanın başında Yuriçin əvəzlədiyi komandanın əfsanəvi keçmiş oyunçusu Daniele De Rossinin namizədliyinə yenidən qayıdıb.
De Rossi “Roma” bosslarının planlarından xəbərdar olub və düşünməyə vaxt ayırıb.
“Roma” A Seriyasında 10 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.